SmartWaterlevel nədir? Qrunt suları necə izlənilir?

SmartWaterLevel məhsulu, dreynaj problemləri olan sahələrin tədqiqatı, həlli və kənd təsərrüfatına uyğun mənzilə çevrilməsi məqsədi ilə yaradılıb. Bu məhsul problemin aşkarlanmasına kömək edir və lazım olan tədbirləri almağınıza kömək edir.

SmartWaterLevel, bütün sulanmış sahələrdə yeraltı su səviyyəsini idarə edən bir robot sistemidir.

SmartWaterLevel texnologiyası ilə, həm bir sahədə/tarladı/parkda yeraltı su səviyyəsi tədqiq edə bilərsiniz, həm də hər bitki gerçək vaxtda yeraltı sudan istifadə etdiyi su miqdarını müəyyənləşdirərək, yalnız qalan su miqdarını təmin etmək üçün sulama sistemini işə salmaq mümkün olur.

Bitki kök bölgəsinin yeraltı su səviyyəsinə görə effektiv şəkildə idarə etməyiniz üçün monitorinq və sulama sisteminin idarə edilməsi texnologiyalarımızla sizin xidmətinizdəyik. Bitki kök bölgəsinə qrunt sularından gələn su ilə sulama suyunun miqdarı arasında əlaqəni təyin edirik. Suyun kapilyar yüksəlməsini canlı, dəqiq izləyə bilirik və tədqiqat məlumatlarına görə lazımi tədbirləri optimal şəkildə qərarlaşdırırıq. Yeraltı su səviyyəsinin bilinməsi, dreynaj problemlərinin doğru təyin edilməsi düzgün suvarma və gübrələmənin aparılması üçün vacibdir.

Bitkilərin oksigen təminatının pozulmasına və qurumasına səbəb olan su ilə doymuş torpaq şəraitində dreynaj tələb edilir. Qrunt suları yüksək olan park, bağ və ya digər əkin sahələrində dreynaj probleminin həllindən sonra bitkilərin doğru suvarılması təmin edilə bilir.

 

Ancaq bəzi bölgələrdə bitkilər su ehtiyaclarını qrunt sularından gələn drenaj edilmiş və ya edilməmiş su ilə təmin edə bilir. Lakin bitkilərin yeraltı su səviyyəsindən hansı miqdarda su almaq ehtiyacını müəyyənləşdirən bir texnologiya olmadığında suvarma işlərinin aparılması risklə qarşılaşır. Artlq suvarma yeraltı su səviyyəsinin qalxmasına səbəb olur və suvarma suyu ilə yeraltı suyun qarışması kök çürüməsinə, gübrə israfına, yeraltı suların kirlənməsinə səbəb olur.

Bizim SmartWaterLevel texnologiyamızla qrunt sularının dəqiq monitorinqini aparmaq mümkündür. Həm bir sahədə yeraltı su səviyyəsini tədqiq edərik, həm də bitkilərin real zamanda qrunt suyundan istifadə etdiyi su miqdarını müəyyənləşdirərək, suvarma ilə yalnız ehtiyac olan su miqdarını təmin edirik. SmartWaterLevel yeraltı su səviyyəsinin canlı monitorinqini təmin edən ağıllı bir robot sistemidir.