Açıq kanallar, qapalı boru şəbəkələri, nasos stansiyaları, su anbarlarının avtomatik idarəedilməsi

SmartWaterlevel geniş su şəbəkələrinin avtomatik idarəedilməsi üçün yaradılmış bir unikal sistemdir. Sistem Sənayə 4.0 standartlarına cavab verən süni intellekt əsaslı Proqram Təminatı və avtomatik idarəetməni təmin edən çihazlardan ibarətdir. Sistem açıq kanlları, qapalı təzyiqli boru şəbəkələrini, nasos stansiyalarını, su anbarlarını, qrunt sularını, filtrasiya sistemlərini, su sərfi ölçmə cihazlarını və sistemə inteqrasiya edilmiş meteoroloji, torpaq nəmlik sensorlarını vahid platformadan idarə etməyə imkan verir.

Ağıllı idarəetmə – SƏNAYƏ 4.0 NƏDİR:

  • İdarəetmə proseslərində kütləvi şəkildə İnformasiya Texnologiyalarının tətbiqi;
  • Proseslərin iri miqyasda avtomatlaşdırılması;
  • Məlumatların real zaman rejimində təhlili və öyrənən texnologiyalar;
  • Süni intellekt texnologiyasının tətbiqi.

İmkanlar:

  • Ölkənin və ya böyük təsərrüfatların bütün su resurslarının vahid platformadan
    idarəedilməsi;
  • Real vaxt rejimində suvarma şəbəkələrinin monitorinqi, idarəedilməsi, su-elektrik sərfi məlumatlarının izlənməsi;
  • Real tələbata uyğun suyun verilməsi;
  • Meteoroloji, nəmlik sensorlarına inteqrasiya;
  • Ekologoyi və Kənd Təsərrüfatı qurumlarının məlumat bazalarının vahid platformada inteqrasiyası və avtomatik həll yollarının tətbiqi;
  • Süni intellekt tətbiqi imkanları;
  • Hesabtaların, statistik təhlillərin, dəyərlərin operativ əldə edilməsi;
  • Qəza və erkən məlumatlandırma imkanı.

Cihazlar:

  • “Xəbərləşmə Mərkəzi (Group Gateway)” – naqilsiz LoRa texnologiyası əsında müxtəlif əmr icraedici cihazlar arasında xəbərləşməni və idarəetməni təmin edən ağıllı cihazdır.
  • Qap İdarəetmə Cihazı – “Xəbərləşmə Mərkəzi”-dən aldığı əmrlər əsasında kanal qapılarının idarə edilməsini təmin edir.
  • Sensor stansiyası – açıq kanallarda su səviyyəsini və sərfini ölçərək “Xəbərləşmə Mərkəzi” vasitəsilə mərkəzi operatora göndərən cihazdır.
  • Nasos İdarəetmə Cihazı – “Xəbərləşmə Mərkəzi”-dən aldığı əmrlər əsasında su nasoslarının idarə edilməsini təmin edir.
  • “Sayğac kartı” – su sayğacları göstəricilərini “Xəbərləşmə Mərkəzi” vasitəsilə mərkəzi operatora göndərən cihazdır.
  • “Klapan kartı” – qapalı boru şəbəkələrindəki solenoid klapanlarını “Xəbərləşmə Mərkəzi”-dən aldığı əmrlər əsasında idarə edilməsini təmin edir.
  • “SmartMoles sensor” – torpaqda nəmliyi, kapilyar hərəkəti və aktiv kök bölgəsini müəyyən edən süni intellekt platformalı sensor stansiyasıdır. Suvarma şəbəkəsinə inteqrasiya edildikdə suvarmanı bitki ehtiyacına görə avtomatik idarə edir.